Деятельность:
абитуриент Daha inanmıram yar olmağına Düşündüm yaxınsan, bir nəfəs kimi, Soyuq bir səssizlik boğur eşqimi. Mən səni sevmədim bir həvəs kimi, Bəlkə də sənsizlik boğur eşqimi. Eşqinlə alışdım, eşqinlə yandım, Mən alov, sən isə bir külüm oldun. Ömürlük sevdaya sənlə inandım, Könül baxçamdakı bir gülüm oldun. Mən səni sevirəm, dünyalar qədər, Amma qazandığım sənsizliyimdir. Sənsə qəlbini yox, verirsən kədər, Ölümüm yatağda səssizliyimdir. Gözlərim önündə zülmət qaranlıq, Xəyalda öpürəm yanağlarından. Gözlərim qaraldı, öldüm bir anlıq, Çünki öpmüş idim dodağlarından. Eşqinlə yaşaram, ölüm nədir ki, Məzarım üstündə sən ağla ancaq. Ölərəm səninlə, gülüm, nədir ki, Sevgim ruhumdadır, yox olmayacaq. Məhəbbət insanın varlığı, özü, Onsuz yaşamağın mənası yoxdur. Məhəbbət könlümün ən şirin sözü, Bu könlün ayrı bir dünyası yoxdur. Unutma, sevgilim, sevgi gərəkdir, İnsanın həyatda var olmağına. O bir fırtınadır, dəli küləkdir, Daha inanmıram yar olmağına Heyrətli duyğular Bu necə duyğudur, bu necə hisdi, Cismim çox soyuqdur, qəlbimsə isti, Bəlkə də sevgiylə nifrət əkizdi, Duyğunun özü də heyrətə gəlir. Yağış səpələnir üzümə dən-dən, Ömrüm də qısalır sən gedən gündən, Amma sənsiz keçən hər saniyəmdən, Oyanır əsirlər, qeyrətə gəlir. Duyğunun özü də heyrətə gəlir. Bəzən xəyalın da incidir məni, Deyir ki, sevgilin düşünmür səni, Bəlkə mən anlamıram sən tək sevəni, Ruhum sən olanda təbiətə gəlir. Duyğunun özü də heyrətə gəlir. Gözüm gözlərinə baxdığı zaman, Ucalar, amma ki, utanar biraz. Təkcə istəyimdir sev məni hər an, Çün sevgi baqi, ömür isə az, Yaşamım səninlə qiymətə gəlir, Duyğunun özü də heyrətə gəlir. Hərdən xəyalınla danışıram mən, Şikayət eyləyib uzağlaşıram, Nə olsun, qəlbimlə vuruşuram mən, Bəlkə sənsizlikdə ucuzdaşıram, Ruhum sənin üçün həsrətə gəlir, Duyğunun özü də heyrətə gəlir. Şairim, tapmamısan sevgini qışda, Əl-ələ tutmuşdun leysan yağışda, Heç etmə özünü ondan soruş da, Hislərin onunla söhbətə gəlir, Duyğunun özü də heyrətə gəlir. Sən getdin Sən getdin, itirdim zəka və ağlı, Amma ki, sevgilim çox az ağladım. Çün həsrət gözəldir, səninlə bağlı, Həsrət olmayanda qəlbi bağladım. Axtardım yolları, düşündüm bəl